Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XALQIN MÜDRİK SEÇİMİ

5/5

  • Mən respublikanın xoşbəxt gələcəyini görürəm və əmin ola bilərsiniz ki, biz bunların hamısına nail ola biləcəyik!             
    Ümummilli lider Heydər ƏliyevHeydər Əliyev hər zaman xalqının qüdrətinə, müdrikliyinə inanır və arxalanırdı. Çünki bu xalqı onun kimi tanıyan başqa bir lider ola bilməzdi. Elə onun özünü də xalqımız çoxdan və dərindən tanıdığına görə öz taleyini, gələcəyini, məşəqqətlərdən qurtarmaq üçün yolların tapılmasını məhz ona etibar edir, ona güvənir, ona arxalanırdı. Bu qarşılıqlı inam və etimadın nəticəsi idi ki, Heydər Əliyev dühasına güvənən xalqımız heç zaman görünməyən siyasi, iqtisadi, elmi-texniki və mədəni yüksəlişlərə imza atmışdı.1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün 1992-ci ilin oktyabrında əvəzsiz lideri - Heydər Əliyevi Bakıya dəvət etdi.Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3- nə təsadüf edir. Prezident seçkilərinə gedən yolumuzdan Xalq - Heydər, Heydər - Xalq qarşılıqlı inam və etimadı dəfələrlə sınaqdan keçmişdi və ona görə də 3 oktyabr seçkilərində Ulu öndərin böyük səs çoxluğu ilə qalib gəlməsi nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də hamı üçün gözlənilən idi. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993 - cü il oktyabrın 3 - də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və Ulu öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi.Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqla ehtiyatla davranmağa vadar edirdi. Ulu öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu :1994 - cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı.Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.Prezident İlham Əliyev Azərbaycanın istənilən sahədəki uğuru barədə danışarkən mütləq Ulu öndərin həmin sahədəki xidmətlərini, fəaliyyətini yada salır. Müasir Azərbaycanın neft sahəsindəki uğurlarının təməlində bilavasitə Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin dayandığını yada salaraq demişdir ki, "Əsrin müqaviləsi" nin imzalanması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.Ulu öndərin müəyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasəti hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır: Son 20 ildə Ümummilli lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi yazdı.1993-2003 - cü illərdə yaradılan, möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı.Bu gün dünya güclərinin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edib bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri də bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2023 - cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin təqdimatında, yeni istiqamətlərin araşdırılaraq bugünkü və gələcək nəsillərə çatdırılmasında, Azərbaycan deyiləndə ilk olaraq Ulu Öndərin göz önünə gəlməsini şərtləndirən amillərin ətraflı təhlilində əhəmiyyətli rol oynayacaq. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.
    Sevda Məmmədova,
     Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib37 dəfə
    xalqin mÜdrİk seÇİmİ

    Maraqlı gələ bilər
    74
    31